KOBİA nümayəndələri Özbəkistanda bir sıra görüşlər keçirib
AzerTAg.az
Bakı, 21 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti Özbəkistana səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistan Prezidentinin yanında Sahibkarlıq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkil D.S.Kasımov arasında keçirilmiş görüşdə biznesə hüquqi dəstək mexanizmləri və bu sahədə təcrübə mübadiləsi imkanları müzakirə edilib.
Özbəkistanın iqtisadi inkişaf və yoxsulluğun azaldılması nazirinin müavini, Sahibkarlığın İnkişafı Agentliyinin direktoru M.M.Ubaydullaev ilə görüşdə isə gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.





Xəbərin mətnində orfoqrafik səhv var