İQTİSADİYYAT
KOBİA nümayəndələri arıçılıq məhsullarının sərgi-satış yarmarkasında olublar
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi Nərimanov rayonunda fəaliyyət göstərən arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkasını ziyarət edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, yarmarkada təqdim olunan bal və arıçılıq məhsulları ilə tanışlıq çərçivəsində Azərbaycan Arıçılar Assosiasiyasının üzvləri ilə birgə arıçılarla satışa, sahənin inkişaf perspektivlərinə, çətinliklərinə və ehtiyaclarına dair söhbət aparılıb.
Qeyd edək ki, yarmarka oktyabrın 20-dək keçiriləcək. Yarmarkada 250 arıçı-fermer məhsullarını təqdim edir. Bu il yarmarkada 120 ton bal və arıçılıq məhsullarının satışı nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:09]
Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar
- 19.04.2024 [19:00]
® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19.04.2024 [18:42]
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
- 19.04.2024 [18:24]