İQTİSADİYYAT


KOBİA sahibkarlar və startaplar üçün təlim keçirəcək

Bakı, 16 noyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən noyabrın 21-də “Müəssisələrdə satış, marketinq, satışdan sonrakı xidmətlər” mövzusunda təlim keçiriləcək.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, məqsəd sahibkar və menecerlərin satış, marketinq və satışdan sonrakı xidmətlər barədə bilik və bacarıqlarının artırılması, bu istiqamətdə məlumatlandırılması, onlara məsləhət və informasiya dəstəyinin göstərilməsidir.

Təlimdə iştirak etmək istəyən startaplar, sahibkarlar və menecerlərdən müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu, e-mail ünvanı) agentliyin [email protected] e-mail ünvanına “Mövzu” yerinə təlimin adını qeyd etməklə göndərmələri xahiş olunur. Tədbirdə iştirak ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.