İQTİSADİYYAT


KOBİA və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti qarşılıqlı əlaqələrin inkişafını müzakirə edib

Bakı, 17 yanvar, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında qarşılıqlı əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov GİZ-in Azərbaycan üzrə direktoru Sonia Fontain ilə görüşüb.

Görüşdə KOBİA və GİZ arasında kiçik və orta sahibkarlığın (KOB) inkişafı istiqamətində əməkdaşlıq, Agentliyin sahibkarlara dəstək məqsədilə reallaşdıracağı yeni tədbir və layihələrdə GİZ-in iştirakı və dəstəyi məsələləri müzakirə olunub. GİZ-in KOBİA tərəfindən yaradılmaqda olan KOB inkişaf mərkəzlərinə texniki dəstək göstərməsi, aqrar sahə və regionlarda qadın sahibkarlığın inkişafı üzrə təlimlərin təşkili, inkubator və akseleratorların inkişafının dəstəklənməsi sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.