REGİONLAR


“KOB Dost”ları regionlarda sahibkarlarla müzakirələr aparır

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB Dost"ları yeni kiçik və orta biznes subyektlərinin yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də onları maraqlandıran digər məsələlərlə bağlı kiçik və orta biznes təmsilçiləri ilə görüşlər keçirir.

KOBİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "KOB Dost"larının Quba və Xaçmazda bağçılıq, Siyəzən və Şabranda heyvandarlıq, Masallı və Qusarda mebel istehsalı sahələrində fəaliyyət göstərən kiçik və orta biznes nümayəndələri ilə keçirilmiş görüşlərində sahibkarları maraqlandıran məsələlərə dair ətraflı müzakirələr aparılıb, müvafiq sahələrdə həyata keçirilən dövlət dəstəyi tədbirləri, onlardan yararlanmaq imkanları barədə məlumat verilib, suallar cavablandırılıb.

Qeyd edək ki, "KOB Dostu" kiçik və orta biznesə dəstək məqsədilə yaradılmış önəmli mexanizmlərindən olmaqla, regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə birbaşa ünsiyyətdə olur. Hazırda Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Gəncə və Yevlaxda "KOB Dostu" fəaliyyət göstərir. Ölkənin bütün regionlarını əhatə edəcək "KOB Dostu" şəbəkəsi dövlət-sahibkar dialoqunun nümunəsi olmaqla, regionlarda sahibkarların inkişaf təşəbbüslərinin, potensial imkanlarının müəyyənləşdirilməsi və reallaşdırılması, kiçik və orta biznes subyektlərinin yaranması və inkişafının bütün mərhələlərində dəstəyin göstərilməsi, onların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.