REGİONLAR


KOB İnkişaf Mərkəzində qazanılmış biliklər praktikada təcrübədən keçirilir

Bakı, 24 fevral, AZƏRTAC

Xaçmaz “KOB Evi”ndə fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində startaplar və mikro sahibkarlar üçün növbəti təlim “Biznes planın hazırlanması” mövzusuna həsr olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, dörd gün davam edən təlimdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 30-dək startap və mikro sahibkar iştirak edib.

Təlimdə iştirakçılara biznes planın hazırlanması, nağd pul axını, bazar araşdırması, marketinq, satış, alış və tədarük, gəlir və xərclər planının müəyyən edilməsi, biznesin hüquqi formaları və sair barədə ətraflı məlumat verilib, təlimçilər tərəfindən KOB-ları maraqlandıran suallar cavablandırılıb. Həmçinin KOB-lara təlim çərçivəsində əldə etdikləri bilikləri praktiki tətbiq etmək imkanı yaradılıb. Təlimləri uğurla başa vuran KOB-lara sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.