Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

KOB İnkişaf Mərkəzlərinin keçirdiyi təlimlərdən 800-dək biznesə başlamaq istəyən və sahibkar faydalanıb

KOB İnkişaf Mərkəzlərinin keçirdiyi təlimlərdən 800-dək biznesə başlamaq istəyən və sahibkar faydalanıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Son illər maliyyə və vergi sisteminin inkişafına, o cümlədən bu sahədə qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə mühüm diqqət yetirilib. Birinci növbədə buraya sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasında alət hesab edilən vergi siyasətinin tənzimləyici rolunun inkişaf etdirilməsini, vergi inzibatçılığının sadələşdirilməsini, o cümlədən sahibkarlar üçün xidmət səviyyəsinin yaxşılaşdırılmasını daxil etmək olar.

AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov sentyabrın 16-da Auditorlar Palatasının 25 illik yubileyi münasibətilə Bakıda keçirilən “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

O qeyd edib ki, yeni vergi inzibatçılığı siyasətində müstəqil auditorun rolunun artması sahibkar-məmur təmasını minimuma endirəcək, sahibkara əlavə dəstək və konsaltinq aləti təqdim ediləcək.

Bildiyiniz kimi, dövlət siyasətində mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində sahibkar məmnunluğunun və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Həmçinin uçot sisteminin şəffaflaşdırılması üçün gəlir və xərclərin uçotunun təmin edilməsi, malların alqı-satqı prosesində sənədləşmənin aparılmasının yeni qaydalarının tətbiqi və digər istiqamətlərdə mühüm islahatlar həyata keçirilib.

Qeyd edilənlərlə yanaşı, Dövlət Vergi Xidməti ilə birgə əməkdaşlıq çərçivəsində aparılan təhlillərə əsasən vergiödəyiciləri, xüsusilə də, xidmət və ticarət sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlar tərəfindən gəlir və xərclərin uçotunun qanunvericiliyə uyğun aparılmaması, bəyannamələrin düzgün tərtib edilməməsi, uyğunsuzluq məktublarının vaxtında oxunulmaması və sair nəticəsində kameral qaydada vergilər hesablanır ki, bu da sonradan vergiödəyicilərinin narazılığına səbəb olur. Başqa sözlə, hesabatlarında uyğunsuzluq aşkarlanmış vergiödəyicilərinin mütləq əksəriyyəti mikro və kiçik sahibkarların payına düşür ki, bu da öz növbəsində həmin kateqoriyadan olan sahibkarlıq subyektlərinin bu sahədə bilik və bacarıqlarının istənilən səviyyədə olmadığını göstərir. Sözügedən məsələlər bir sıra hallarda KOB subyektlərinin hesabat prosesinə professional mühasiblərin və auditorların cəlb etmək imkanlarının olmaması və hesabatları özləri tərəfindən təqdim etmək istəyi ilə də qaynaqlanır. Belə olan halda, biz həm də bu cür sahibkarlara dəstək olmalı, uçot və hesabat formalarının daha da sadələşdirilməsi barədə düşünməliyik.

“Ötən onillikdə dünyada uçotun və hesabatlığın inkişafında elektronlaşdırılma əhəmiyyətli rol oynayırdısa, hazırda bu proses tam yeni mərhələyə keçib. İndi bu cür sistemlər proaktiv olmaqla yanaşı, həm də özündə süni intellektin elementlərini birləşdirməlidir. Burada məqsəd ilk növbədə insan amilinin minimuma endirilməsi və həddindən artıq sayda müxtəlif qanun və qaydaların mənimsənilməsinə sahibkarı minimum cəlb etməklə onun biznesinin hesabatlığını vaxtında və operativ təmin edilməsidir. Təəssüf ki, bu gün qurumlararası inteqrasiya kifayət qədər qənaətbəxş səviyyədə olmadığından, kağız formasında bəzi hesabatların hələ də mövcudluğu son nəticədə bu sahədə nöqsanların sayının artmasına və auditdə müəyyən çətinliklərin yaranmasına səbəb olur”, - deyə KOBİA-nın İdarə Heyətinin sədri deyib.

Ölkəmizin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları istiqamətində də atdığı addımların çox əhəmiyyətli olduğunu qeyd edən Orxan Məmmədov deyib ki, təcrübə istənilən nəticəni əldə etmək üçün hələ bir çox işlərin görülməli olduğunu göstərir. İlk növbədə, aparılan sosial-iqtisadi islahatların effektivliyinə, iqtisadi mühitin dinamikliyinə nəzərən, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında mühasibat uçotunun aparılmasına dair yaradılmış normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsinə yenidən baxıla bilər. Həmçinin mikro və kiçik sahibkarlıq subyektlərinin illik dövriyyəsinin və işçilərinin orta illik sayının digər sahibkarlıq subyektlərindən fərqli olaraq az olması bu sahədə normativ-hüquqi bazanın bir qədər də sadələşdirilməsini aktuallaşdırır. Sadalanan bu və ya digər məsələlərlə bağlı KOB subyektlərinin maliyyə savadlılığının artırılması istiqamətində əhəmiyyətli fəaliyyətlər həyata keçirilməkdədir.

Diqqətə çatdırılıb ki, sözügedən sahədə ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOBİA-nın strukturuna daxil olan KOB İnkişaf Mərkəzləri tərəfindən vergi inzibatçılığı, həmçinin maliyyə və qeyri-maliyyə, vergi hesabatlarının hazırlanması, uçot qaydaları istiqamətində mütəmadi olaraq təlim və məsləhət xidmətləri göstərilir. Məlumat üçün bildirmək istərdim ki, 2021-ci il ərzində KOB İnkişaf Mərkəzləri tərəfindən adıçəkilən mövzularda 40-a yaxın təlim təşkil olunub ki, bu təlimlərdən 800-ə qədər biznesə başlamaq istəyən və sahibkar faydalanıb.

Müasir şəraitdə baş verən sosial-iqtisadi proseslər, mövcud iqtisadi durum və digər amillər hesabatlığın və şəffaflığın, həmçinin uçot qaydalarının da təkmilləşdirilməsini tələb edir. 2019-cu ildə Vergilər Məcəlləsinə bir sıra çox önəmli dəyişikliklər edilib, bununla belə ödənişlər, hesabatlılıq, idxal-ixrac əməliyyatları ilə bağlı sahibkarlardan daxil olan müraciətlər tərəfimizdən təhlil edilir və bunun əsasında KOBİA-da mütəmadi olaraq təkliflər paketi formalaşır. Sadalanan bu və digər məsələlərlə bağlı bir sıra nəticə və təklifləri qeyd edə bilərik: “Mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən vergi inzibatçılığı, vergi hesabatların hazırlanması və digər aidiyyəti sahələrdə yol verilən nöqsanların aradan qaldırılması üçün KOBİA və Dövlət Vergi Xidməti birgə layihəyə start verib. Planımız ondan ibarətdir ki, nöqsanların müşahidə olunduğu fəaliyyət istiqamətləri üzrə sahibkarlar təsnifatlaşdırılaraq KOB İnkişaf Mərkəzlərinin müvafiq mövzularda keçirdiyi təlimlərə cəlb olunacaq. Eyni zamanda, müəyyən edilmiş sahibkarlara KOB dostu şəbəkəsi tərəfindən informasiya dəstəyi göstəriləcək. Fikrimizcə, mikro və kiçik sahibkarlıq subyektlərinin bilik və bacarıqlarının artırılması məqsədilə sözügedən tədbirlərin ünvanlı olaraq həyata keçirilməsi yuxarıda sadalanan nöqsanların əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. Həmçinin KOB subyektləri üçün uçot və hesabatlığın daha da sadələşdirilməsi, başqa sözlə onlar üçün vaxt və maliyyə itkisinə yol vermədən daha səmərəli və əlçatan mexanizmlər haqqında təkliflərin hazırlanması istiqamətində aidiyyəti qurumlarla birgə əməkdaşlığa və koordinasiyalı işlərin həyata keçirilməsinə hazır olduğumuzu bildiririk”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb