REGİONLAR


“KOB könüllüləri”ndən özünüməşğulluq proqramına qoşulmaq istəyənlərə dəstək

Bakı, 21 may, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Quba “KOB Dostu” ofisinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri özünüməşğulluq proqramından yararlanmaq istəyən vətəndaşların müvafiq elektron informasiya sistemində işsiz və işaxtaran kimi onlayn qeydiyyata alınmalarına dəstək göstərirlər.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, may ayı ərzində könüllülər tərəfindən Qubanın 40-dan çox sakininin özünüməşğulluq proqramından yararlanması üçün onlayn qeydiyyatına dəstək göstərilib. Ehtiyac yaranarsa, vətəndaşların müraciəti əsasında bu dəstək davam etdiriləcək.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə yanaşı, KOBİA-nın Bakıda və ölkə regionlarında fəaliyyət göstərən KOB dostları da vətəndaşların özünüməşğulluq proqramına qoşulmasına informasiya, əlaqələndirmə və texniki dəstək göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.