CƏMİYYƏT


“KOB könüllüsü” işlə təmin edilib

Bakı, 8 fevral, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Masallı “KOB Dostu” ilə birgə fəaliyyət göstərən “KOB könüllüsü” Tamerlan Teymurov agentlikdə könüllülük fəaliyyətini başa vuraraq Masallı Sənaye Məhəlləsində işlə təmin olunub.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda geniş vüsət almış könüllülük təşəbbüsünə qoşularaq gənclərə dəstək olmaq, peşəkar əmək fəaliyyətinə başlayana qədər gənclərin müvafiq peşə vərdişlərinə yiyələnməsi, dünyagörüşünün və praktik bacarıqlarının artırılması üçün agentlikdə “KOB könüllüləri” fəaliyyət proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir. İndiyədək 20-dən çox gənc agentlikdə könüllü olaraq fəaliyyətə cəlb olunub. 3 ay davam edən təcrübə proqramının sonunda könüllülərə sertifikat təqdim edilir. Gələcəkdə KOBİA-da könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, bu istiqamətdə bir sıra layihələrin reallaşdırılması nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.