ELM VƏ TƏHSİL


KOB-lar Təhsil və Karyera sərgilərində

Bakı, 11 oktyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu dəfə mikro və kiçik sahibkarların oktyabrın 10-12-də Bakı Sərgi Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgilərində iştirakına dəstək göstərib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sərginin KOB-lar üçün ayrılmış xüsusi stendində təhsil sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini təqdim edirlər.

Qeyd edək ki, KOBİA startapların, mikro, kiçik və orta sahibkarların müxtəlif sərgilərdə iştirakına, məhsul və xidmətlərini təqdim etməsinə mütəmadi olaraq dəstək göstərir. İndiyədək KOBİA-nın dəstəyi ilə startaplar, mikro və kiçik sahibkarlar Qida Sənayesi, Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar, Hədiyyələr və Promo Məhsulları sərgilərində, “Organic Food Festivalı 2019”da və digər sərgilərdə iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.