İQTİSADİYYAT


KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

Bakı, 23 iyul, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) sahibkarlar üçün “E-satınalma modelinin tətbiqi” mövzusunda təlimlər keçirilir.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin və Elektron Hökumətin İnkişafı Mərkəzinin iştirakı ilə təşkil olunan təlimlərdə kiçik və orta biznes subyektləri dövlət satınalmalarında iştirak prosedurları, www.etender.gov.az vahid internet portalı və ondan istifadə qaydaları barədə məlumatlandırılır.

Təlimlərdə iştirak etməkdə maraqlı olan kiçik və orta biznes subyektləri müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi və əlaqə telefonu) KOBİA-nın [email protected] ünvanına göndərməklə təlimlərə qatıla bilərlər.

Dövlət satınalmalarında iştirak prosedurları barədə KOB-ların məlumatlandırılması istiqamətində təlimlər və digər maarifləndirici tədbirlər KOBİA tərəfindən davam etdiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.