İQTİSADİYYAT


KOB-lar müştərilərlə iş sahəsində məlumatlandırılıb

Bakı, 15 fevral, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkar və menecerlər üçün “Effektiv satış texnikaları” mövzusunda növbəti təlim təşkil edib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, məqsəd sahibkar və menecerlərin satış və satıcı, müxtəlif satış texnikaları, satış təmsilçisinin xüsusiyyətləri, bu sahədə şikayətlərin idarə olunması və digər bu kimi mövzularda maarifləndirilməsi olub.

Təlimdə fərq yaradaraq müştərinin rəqiblərə yönəlməsinin qarşısını almaq, müştərilərlə əlaqələri inkişaf etdirmək, müştəri dəyəri yaratmaq, yeni müştərilər tapmaq və sair mövzular üzrə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.