İQTİSADİYYAT


KOB-ların “Beynəlxalq Pərakəndə Sərgisi”ndə iştirakına dəstək göstərilib

Bakı, 22 noyabr, AZƏRTAC

Noyabrın 22-də Bakıda “Beynəlxalq Pərakəndə Sərgi”si öz işinə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, agentlik bu dəfə də iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinin bazarlara çıxışının genişləndirilməsi üçün KOB-ların sərgidə iştirakına dəstək göstərib.

Sərginin KOB-lar üçün ayrılmış xüsusi stendində “PAŞA Holdinq”in dəstəyi ilə qazlı sular, bal, şirniyyat məhsulları, divar və fasad boyaları, milli kəlağayılar, IT texnologiyalar və sair nümayiş olunur. Belə sərgilərdə mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakı onların bazarlara çıxışı və satış imkanlarının genişləndirilməsi ilə yanaşı, KOB-ların məhsul və xidmətlərinin, yeni brendlərin daha geniş auditoriyaya təqdim olunması, mövcud biznes əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlığın qurulması baxımından faydalıdır.

“FA International Trade Events” MMC-nin təşkilatçılığı ilə noyabrın 21-23-də "Beynəlxalq Pərakəndə Konqresi" çərçivəsində keçirilən sərgidə yerli və xarici şirkətlər iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.