İQTİSADİYYAT


KOB-ların məhsul və xidmətləri “BakuBuild 2019” sərgisində

Bakı, 22 oktyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə inşaat sektorunda fəaliyyət göstərən KOB-lar oktyabrın 22-də Bakı Sərgi Mərkəzində açılan XXV Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild” 2019) sərgisində iştirak edirlər.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sərgidə KOB-lar üçün ayrılmış xüsusi stenddə müxtəlif inşaat materialları, mühəndislik xidmətləri, istilik sistemləri, avtomatlaşdırılmış qapılar, “ağıllı ev”, təhlükəsizlik sistemləri, landşaft memarlığı və sair məhsul və xidmətlər nümayiş olunur. KOBİA, həmçinin “BakuBuild 2019” sərgisinə dəstək göstərən qurumlar sırasındadır.

“BakuBuild 2019” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi (“Caspian MebelExpo 2019”), XII Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi (“Securex Caspian 2019”) və XII Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi “Aquatherm Baku 2019” keçirilir. Sərgilər oktyabrın 25-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.