İQTİSADİYYAT


KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək davam edir

Bakı, 17 iyun, AZƏRTAC

Mikro və kiçik sahibkarların məhsullarının tanıdılmasına və satış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi davam etdirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurumun təmin etdiyi dəstəklə daha 16 KOB subyekti “Baku Crystal Hall”da keçirilən “Partners and Business” Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisində məhsul və xidmətlərini geniş istehlakçı auditoriyasına təqdim edir. KOBİA-nın xüsusi stendində agentliyin sərgilərə çıxışa dəstək mexanizmi çərçivəsində KOB-ların sənaye, qida, inşaat və digər sahələrdə məhsul və xidmətləri sərgilənir.

Hazırda KOBİA KOB-ların satış imkanlarının genişləndirilməsinə və yerli məhsulların tanıdılmasına dəstək məqsədilə ödənişsiz olaraq KOB-ların yerli və xarici ölkələrdə keçirilən sərgilərdə iştirakına, ticarət şəbəkələrinə çıxışına dəstək göstərir. KOB-lar “kobmarket.az” onlayn ticarət portalının imkanlarından da istifadə edə bilərlər.

Qeyd edək ki, “Partners and Business Baku 2022” - yerli şirkətlərin tanıtım sərgisi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə keçirilir. Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri təqdim olunur. Sərgi iyunun 18-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.