ELM VƏ TƏHSİL


KOICA cari il üzrə təqaüd proqramlarını təqdim edib

Bakı, 3 mart, AZƏRTAC

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyi 2021-ci il üzrə KOICA təqaüd proqramlarının təqdimatına dair “Facebook” üzərindən canlı yayım təşkil edib.

KOICA-dan AZƏRTAC-a bildirilib ki, sessiya başlamazdan öncə Xocalı soyqırımının 29-cu ildönümü dərin hüznlə anılıb.

Daha sonra KOICA Azərbaycan nümayəndəliyinin proqram koordinatoru Pərvin Qarazadə təqaüd proqramlarına dair təqdimatla çıxış edib. O, təqaüd proqramının KOICA-nın texniki yardım üzrə inkişaf əməkdaşlığının yüksək qiymətləndirilən formalarından biri hesab olunduğunu qeyd edərək tərəfdaş ölkələrinin uzun müddətli inkişaf ehtiyaclarına töhfə vermək məqsədi daşıdığını vurğulayıb.

Canlı yayımın birinci sessiyasında təqaüd proqramının seçim proseduru, üstünlükləri, kompitensiyalar, tələb olunan sənədlər, akademik qaydalar və sair məsələlər barədə məlumatlar öz əksini tapıb. İkinci sessiyada KOICA-SKKU təqaüd proqramının məzunu Gülminə Məlikzadə sənədlərin hazırlanmasına dair öz təcrübəsini bölüşüb və müsahibə mərhələsi barədə geniş məlumat verib. O, həmçinin Koreyada yaşayışla bağlı, eyni zamanda, bu ölkənin mədəniyyəti, iqtisadiyyatı, siyasəti və tarixi barədə öz düşüncələrini bölüşüb. Canlı yayım müddətində sənədlərin qiymətləndirilməsi zamanı nəzərə alınacaq meyarlar qeyd edilib, həmçinin izləyicilər tərəfindən ünvanlanan suallar cavablandırılıb.

Qeyd edək ki, KOICA Azərbaycanda İnsan Resurslarının İnkişafı (HRD) üçün müxtəlif növ təlim proqramları təşkil edir. Belə ki, təklif olunan təlim proqramlarının növləri, əsasən, qlobal təlimlər, ölkə üzrə spesifik təlimlər və magistr proqramlarıdır. Bu günə kimi KOICA-nın HRD proqramlarında 800-dən çox dövlət rəsmisi iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.