İQTİSADİYYAT


“KOICA” ilə İnnovasiyalar Agentliyi “Detallı Planlama Araşdırması” layihəsinə başlayır

Bakı, 27 oktyabr, AZƏRTAC 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi tərəfindən təklif olunan “Azərbaycanda innovasiya siyasəti üzrə yol xəritəsinin inkişafı vasitəsilə innovasiya qabiliyyətinin gücləndirilməsi” layihəsinin gələcək icrası üçün “Detallı Planlama Araşdırması”na başlanılıb.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyindən (“KOICA”) AZƏRTAC-a bildirilib ki, araşdırma layihəsi oktyabrın 19-dan noyabrın 6-dək həyata keçiriləcək. Bu müddət ərzində “KOICA”nın Azərbaycan ofisinin nümayəndələri və koreyalı mütəxəssislər yerli təşkilatlar və ekspertlərlə birlikdə layihənin detallarını, tərəflərin rollarını və məsuliyyətlərini, layihənin gedişatında baş verən dəyişiklikləri və digər əsas məsələləri müzakirə etmək və razılığa gəlmək üçün görüşlər keçirəcəklər.

Araşdırma layihəsi çərçivəsində ilkin görüş oktyabrın 21-də “KOICA Azərbaycan” ofisinin nümayəndələri, “KOICA” baş ofisinin və Azərbaycan İnnovasiya Agentliyinin səlahiyyətli şəxsləri, habelə koreyalı və yerli ekspertlərin iştirakı ilə keçirilib. İclas zamanı “KOICA”nın Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru xanım Park Kumok sözügedən layihənin missiyası, layihənin icmalı və gözlənilən nəticələr haqqında təqdimatla çıxış edib. Daha sonra isə Azərbaycan İnnovasiyalar Agentliyinin idarə heyətinin üzvü Fariz Quliyev Azərbaycanın innovasiya ekosistemindəki mövcud vəziyyət barədə məlumat verib.

Layihənin məqsədləri və komponentləri 3 hissədən ibarətdir: innovasiya üzrə Baş Planın yaradılması, pilot layihənin həyata keçirilməsi və Azərbaycanda müvafiq sahə üzrə kadr potensialının gücləndirilməsi proqramının təşkili. Qeyd olunan layihə innovasiya siyasətinin və onun icra prosesinin səmərəliliyinin artırılmasına, eyni zamanda, Azərbaycanda dayanıqlı innovasiya sisteminin yaradılmasına töhfə verəcək. Layihənin müddəti 24 aydır və 2021-2024-cü illər ərzində həyata keçiriləcək. Layihənin ümumi büdcəsi 2 milyon ABŞ dolları təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.