DÜNYA
KOİDZUMİ: YASUKİNİYƏ GÖRƏ ÇXR-LƏ MÜNASİBƏTLƏR PİSLƏŞMƏYƏCƏK
Baş nazir Asiya-Sakit Okean Regionu Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının (ASEAN) üzvü olan dövlətlərin başçılarının görüşü zamanı Yaponiya və Çin rəhbərlərinin dialoqunu təşkil etməyin çətin olacağı barədə ÇXR xarici işlər nazirinin müavini U Daveinin bəyanatına aydınlıq gətirmək xahişinə belə cavab vermişdir: “ÇXR ilə Yaponiya arasında dostluq dəyişməz qalacaqdır, ona görə də dialoqu davam etdirməliyik”.
ÇXR XİN-in rəsmi nümayəndəsi Kun Syuan bildirmişdir ki, Yaponiya XİN-in başçısı Nobutaki Matimuranın oktyabrın 23-24-də Çinə nəzərdə tutulan səfəri yersizdir. Çin diplomatı demişdir ki, ÇXR-Yaponiya münasibətlərində gərginlik yarandığı nəzərə alınarsa, bu səfərin baş tutması məsləhət deyildir.
Yaponiya XİN isə bəyan etmişdir ki, nazir Matimuranın səfəri rəsmən elan olunmadığı üçün ləğv edilmir, yalnız başqa vaxta keçirilir.
D.Koidzumi 2001-ci ildə Baş nazir vəzifəsinin icrasına başlayandan bəri Yasukino məbədini beşinci dəfədir ki, ziyarət edir.
Hesab olunur ki, məbəddə imperator və böyük Yaponiya uğrunda canlarından keçmiş 2,5 milyondan çox yapon əskəri və zabitinin ruhu rahatlıq tapmışdır. Onun ərazisində 1948-ci ildə Tokio tribunalının hökmü ilə edam olunan 14 hərbi cani dəfn edilmişdir.
Bir çox Asiya ölkələri Yasukininin Yaponiya rəsmiləri tərəfindən ziyarətini bu ölkənin rəhbərliyinin öz təcavüzkar keçmişinə sadiqliyi kimi qiymətləndirir.