SİYASƏT
KOLİN PAUELL ÜSƏMA BEN LADENİN TUTULMASI HAQQINDA ŞAYİƏLƏRİ TƏKZİB ETMİŞDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı məlumatda bildirilir ki, ABŞ-ın dövlət katibi Kolin Pauell bir nömrəli beynəlxalq terrorçu Üsəma ben Ladenin tutulmasını heç nə ilə təsdiq olunmayan şayiələr adlandırmışdır.
Üsəma ben Ladenin Əfqanıstan-Pakistan sərhədinin “azad tayfalar bölgəsi” adlandırılan rayonunda tutulması barədə ilk dəfə rəsmi Tehran radiosu məlumat vermiş, ABŞ-ın müdafiə naziri Donald Ramsfeldin keçən həftə Əfqanıstana və Pakistana səfərini də məhz bununla əlaqələndirmişdi. Lakin çox keçmədən Pentaqon bu məlumatı təkzib etmişdir.