SİYASƏT
KOLLECDƏ HEYDƏR ƏLİYEV İRSİ DƏRİNDƏN ÖYRƏNİLİR
Kollecin rektoru Rasim Nəbiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, müdrik siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin hüquqi-demokratik dövlət qurulması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın dirçəldilməsi və inkişaf etdirilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində apardığı siyasət barədə tələbələrə geniş məlumat verilir. Təhsil ocağında 1996-cı ildən “Heydər Əliyev məktəbi” fəaliyyət göstərir. Məktəbə akademik Budaq Budaqov rəhbərlik edir. Burada böyük siyasətçinin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzularda məşğələlər keçilir. Məşğələlərdə müəllim və magistrlərimizlə yanaşı, respublikanın tanınımış siyasətçiləri də məruzələrlə çıxış edirlər. Gənclər “Heydər Əliyevin dövlət quruculuğu strategiyasında milli birlik amili” mövzusuna həsr olunmuş sonuncu məşgələdə Milli Məclisin üzvü Xanhüseyn Kazımlını böyük maraqla dinləmişlər.