DÜNYA
KOLLEKTİV TƏHLÜKƏSİZLİK ŞURASININ İCLASI OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Şurasının dövlət başçıları səviyyəsində iclası keçirilmişdir. İclasda Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus və Ermənistan prezidentləri, həmçinin Kollektiv Təhlükəsizlik Şurasının baş katibi Nikolay Bordyuja iştirak etmişlər.
Sammitdə regional və beynəlxalq təhlükəsizlik, birgə fəaliyyətin istiqamətləri, hərbi sahədə əməkdaşlıq və digər məsələlər müzakirə olunmuş, 2004-2005-ci illər üçün təşkilatın əsas direktiv sənədi təsdiq edilmiş, Kollektiv Təhlükəsizlik Şurası çərçivəsində məxfi informasiyaların qarşılıqlı saxlanılmasının təmin olunması haqqında saziş və digər sənədlər imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [21:30]
Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]