KOLUMBİYA PREZİDENTİNƏ İKİNCİ MÜDDƏTƏ SEÇİLMƏK HÜQUQU VERİLDİ

AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, terrorizmə qarşı barışmaz mübarizə elan edən Kolumbiya Prezidenti Alvaro Uribe dövlət başçısının növbəti seçkilərində öz namizədliyini yenidən irəli sürə biləcəkdir. Ölkə vətəndaşlarının 70 faizi onu dəstəkləyir.

2002-ci ilin seçkilərində artıq birinci turda qalib gələn Alvaro Uribe öz seçkiqabağı vədlərini ardıcıl surətdə yerinə yetirir. Prezident, ilk növbədə, ölkədə fəaliyyət göstərən ekstremist qruplaşmalara qarşı fəal mübarizə aparır. Bu isə kolumbiyalılara ümid verir ki, 40 ildən artıq davam edən daxili silahlı münaqişəyə, nəhayət, son qoyulacaqdır.

Prezidentin Konstitusiyaya təklif etdiyi düzəliş Konqresin yuxarı palatası tərəfindən təsdiqləndikdən sonra Uribe 2006-cı ildə keçiriləcək seçkilərdə qələbəyə ən real namizəd olacaqdır.

İndiyədək Kolumbiya Latın Amerikasında bir neçə ölkədən biri idi ki, burada dövlət başçısının dalbadal ikinci müddətə seçilməsinə qadağa qüvvədə qalırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.