İDMAN
KOMANDAMIZ FRANSADA KEÇİRİLƏN ÇİMƏRLİK VOLEYBOLUNUN QALİBİ OLMUŞDUR
Ölkəmizin voleybol üzrə yığması Fransanın Brotan departamentinin Binik şəhərində iyunun 30-dan iyulun 5-dək keçirilən çimərlik voleybolunda birinci yerə çıxaraq turnirin qalibi olmuşdur. Yaş həddi 19-a qədər olan yarışlarda 15 komanda qələbə uğrunda mübarizə aparmışdır. Fransa komandası ilə keçirilən yarışlarda tanınmış voleybolçularımız Oksana Parxomenko və Valeriya Korotenko ölkəmizin idman şərəfini inamla qorumuşlar. İdmançı qızlarımız keçirdikləri on oyunun hamısında qalib gəlmişlər. Komandamız yarımfinalda hollandiyalılara, finalda isə braziliyalılara məğlub olmuşdur. Qaydaya uyğun olaraq çimərlik voleybolu yarışlarında komandalar iki dəfə qarşılaşır və oyun heç-heçə nəticələnəndə komandalar üçüncü dəfə görüşürlər. Bu qaydaya uyğun olaraq Hollandiya və Braziliya komandalarına yalnız bir dəfə uduzan qızlarımız təkrar oyunlarda hər iki komandaya 3:2 hesabı ilə qalib gələrək birinci yeri tutmuş və turnirin qalibi olmuşlar.