ELM VƏ TƏHSİL


KOMİSSİYALAR ÖZ İŞİNİ BAŞA ÇATDIRMIŞDIR

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən yaradılmış apellyasiya, ali məktəblərin boş qalan yerlərinə müsabiqə yolu ilə əlavə və ali təhsil müəssisələrinə qəbul imtahanlarında toplanan ballar əsasında orta ixtisas məktəblərinə sənəd qəbulu komissiyaları öz işini başa çatdırmışdır. Avqustun 8-dən 12-dək ixtisas qrupları üzrə yaradılmış məntəqələrdə ali məktəblərdə boş qalmış 6 min 98 yerə 3 min 829 ərizə, orta ixtisas məktəblərindəki 8 min 780 yerə isə 3 min 734 ərizə qəbul olunmuşdur.

Ali məktəblərin boş qalan yerlərinə əlavə yerləşdirmənin və ali təhsil müəssisələrinə qəbul imtahanlarında toplanan ballar əsasında orta ixtisas məktəblərinə sənəd qəbulunun 1-ci mərhələsinin nəticələri avqustun 15-dən sonra “Abituriyent” jurnalında dərc olunacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.