Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“KOMMUNAL, NƏQLİYYAT VƏ DİGƏR XİDMƏTLƏR ÜZRƏ GÜZƏŞTLƏRİN MÜAVİNƏTLƏRLƏ ƏVƏZ OLUNMASININ TƏMİN EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2001-Cİ İL 26 DEKABR TARİXLİ 613 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması məqsədi ilə qərara alıram:

1. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 759; 2002-ci il, №12, maddə 728; 2003-cü il, №8, maddə 438, №9, maddə 472; 2005-ci il, №3, maddə 162, №5, maddə 399, №7, maddə 593, №8, maddə 714) 1-ci bəndinin altıncı abzasında “1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə,” sözlərindən sonra “1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə,” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2005-ci il dekabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin