ELM VƏ TƏHSİL
KOMPÜTER BİLİK MƏRKƏZİNDƏ MƏŞĞƏLƏLƏR BAŞLANDI
“Yetim və kimsəsiz uşaqlar üçün yeni biliklərin tədbiqi” layihəsi çərçivəsində Xətai rayonundakı 3 nömrəli uşaq evinin kompüter mərkəzində kompüter biliklərinin əsasları, Web proqramlaşdırma və Web dizayn üzrə məşğələlər başlanmışdır.
İATP/Azərbaycan təşkilatı tərəfindən aparılan bu məşğələlər 16-18 yaşlı qız və oğlanlar üçün təşkil olunmuşdur. Məşğələlər başa çatdıqdan sonra bütün iştirakçılara sertfikatlar veriləcəkdir. Buranı fərqlənmə ilə bitirən şagirdlər isə yerli şirkətlərdə və təşkilatlarda 2 aylıq təcrübə keçərək, həmin qurumlarda işlə təmin ediləcəklər.
İlk mərhələdə bu biliklərə 32 nəfər yiyələnəcək və özlərinə iş tapa biləcəklər. Layihənin reallaşdırılmasından məqsəd Azərbaycan cəmiyyəti üçün mühüm problemlərdən biri olan “uşaq yoxsulluq dərəcəsinin azaldılması”na yardım etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]