DÜNYA
KONDOLİZA RAYS: ABŞ ÜÇÜN ƏN BÖYÜK TƏHLÜKƏNİ İRAN TÖRƏDİR
AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, ABŞ dövlət katibi Kondoliza Rays Senatda dinləmələrdə çıxış edərkən bildirmişdir ki, Amerika üçün ən böyük təhlükəni İran törədir. O, Tehranı terrorizmi dəstəkləməkdə, İraqın daxili işlərinə qarışmaqda, Livanda və Fələstin ərazilərində vəziyyəti sabitsizləşdirməkdə təqsirləndirmişdir. Onun sözlərinə görə, dünya birliyi İranla qarşılıqlı fəaliyyətində təkcə nüvə mövzusunun müzakirəsi ilə kifayətlənməməlidir.
Bütün bunlarla yanaşı, Rays ABŞ-ın İranda daxili siyasi vəziyyətə təsir göstərmək niyyətini də gizlətməmişdir. O, nəzərə çarpdırmışdır ki, bunun üçün amerikalılar lazımi imkanlara malikdirlər. Bizim İran xalqı ilə rejim arasında ziddiyyətləri kəskinləşdirməyə imkan verən vasitələrimiz də var. ABŞ xarici siyasət idarəsinin başçısı izah etmişdir ki, söhbət İranda demokratiyanı dəstəkləməyə yönəldilmiş səylərdən gedir.
Xatırladaq ki, bu yaxınlarda Buş hökuməti Konqresdən həmin məqsədlər üçün cari ildə əlavə təxsisat kimi 75 milyon dollar istəmişdir. Bu pulları İrana radio və televiziya yayımlarını gücləndirməyə, iki ölkənin əhalisi arasında əlaqələri genişləndirməyə yönəltmək nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]