DÜNYA
KONDOLİZA RAYS BƏYAN ETMİŞDİR Kİ, ABŞ PREZİDENTLİYİNƏ NAMİZƏDLİYİNİ İRƏLİ SÜRMƏYƏCƏKDİR
Xanım Raysın sözlərinə görə, nə qədər ki, indiki vəzifəsindədir, ABŞ-a çox mühüm məqsədlərə nail olmaqda kömək göstərəcəkdir. Elə ki vəzifəsini tərk etdi, evə-Kaliforniyaya dönəcək və əhəmiyyətinə görə ikinci dövlət vəzifəsində qazandığı təcrübəni yerli tələbələrlə bölüşəcəkdir.
Dövlət katibinin bu qərarı, yəqin ki, bu ilin əvvəllərində “onun seçkiqabağı yarışa qoşulmasından məmnun olardım” etirafını səsləndirmiş və “O gözəl insandır” demiş ABŞ-ın birinci xanımı Lora Buşu məyus etmişdir. Xanım Buşun fikrincə, yaxın gələcəkdə ABŞ-ın ali dövlət vəzifəsinə qadın seçiləcəkdir və bu vəzifə uğrunda Corc Buşun birinci administrasiyasında milli təhlükəsizlik üzrə prezidentin köməkçisi olmuş, indi isə dövlət departamentinə başçılıq edən Kondoliza Raysın mübarizə aparması şəxsən onun ürəyincə olardı. Lora Buş izah etmişdir ki, o, ölkənin prezidenti vəzifəsində “doktor Rays kimi bir respublikaçı qadını” görmək istərdi.