İQTİSADİYYAT
KONSERV ZAVODU MƏHSUL QƏBULUNA BAŞLAMIŞDIR
Zavodun işə salınması bu bölgənin əhalisini yetişdirdiyi meyvəyə alıcı tapmaq problemindən xeyli dərəcədə qurtarmışdır. Təklif olunan sərfəli qiymət və təhvil verilən məhsulun dəyərinin nağd ödənilməsi hər iki tərəf üçün sərfəlidir. Müəssisəyə İsmayıllı və Qəbələ rayonlarından da məhsul gətirilir.
Səhmdar cəmiyyətinin içraçı direktoru Adil Oruclu AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, istehsal gücü ildə 15 milyon şərti banka olan zavodda 50 adda meyvə-tərəvəz məhsulları - şirələr, mürəbbə və cem, tomat istehsal ediləcəkdir. Almaniyanın istehsalı olan avadanlıq yüksək keyfiyyətli məhsul buraxmağa təminat verir. Zavodun məhsulları həm də xarici bazarlara çıxarılacaqdır. Artıq Baltikyanı ölkələrdən, Rusiya Federasiyasından, Qazaxıstandan sifarişlər alınmışdır.
Zavodda iki növbədə 40 nəfər işləyir. Gələn il, müəssisə tam gücü ilə işləyəndə onların sayı 150 nəfər olacaqdır.