KONSTİTUSİYA GÜNÜ MÜNASİBƏTİLƏ
AzerTAg.az
Noyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində Konstitusiya Günü münasibətilə yığıncaq keçirilmişdir.
Universitetin rektoru, professor Bəhlul Ağayev yığıncağı açaraq əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.
1995-ci ildə görkəmli dövlət xadimi, ölkəmizin ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə işlənib hazırlanan və noyabrın 12-də qəbul olunan yeni Konstitusiyamızın əhəmiyyətindən bəhs edən rektor bildirmişdir ki, Ana Qanunumuzda təsbit olunan hər bir maddə ölkəmizin və onun vətəndaşlarının bu gününə və gələcəyinə xidmət edir.
Natiq müasir dövlətimizin memarı Heydər Əliyev siyasi kursunun ən
layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin universitet kollektivi tərəfindən daim dəstəklənəcəyini vurğulamışdır.
Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradıcısı, xalqımızın müdrik oğlu Heydər Əliyevə mükəmməl qanunlar külliyyatına görə dərin minnətdarlıqlarını bildirmişlər.
Xəbərin mətnində orfoqrafik səhv var