SİYASƏT
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN NÖVBƏTİ İCLASI OLMUŞDUR
İyunun 19-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin növbəti iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları ilə əlaqədar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən daxil olmuş sorğuya baxılmaq üçün Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarılmışdı.
Sorğuya mahiyyəti üzrə baxılmasına dair Konstitusiya Məhkəməsinin iclası 2002-ci il 6 avqust tarixə təyin edilmişdir.
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN MƏTBUAT XİDMƏTİ