ELM VƏ TƏHSİL
KONSTİTUSİYA MƏHKƏMƏSİ MASALLIDA SEMİNAR KEÇİRMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ATƏT-in Bakı ofisi ilə birgə Masallı rayonunda Konstitusiya Məhkəməsinin fəaliyyətinə dair seminar keçirmişdir.
İki gün davam edən tədbirdə Konstitusiya Məhkəməsinin ekspertləri «Konstitusiya nəzarəti və Konstitusiya Məhkəməsinin səlahiyyətləri», «Konstitusiya Məhkəməsinin fəaliyyəti və insan hüquq və azadlıqlarının müdafiəsi», «Vətəndaşların fərdi şikayətləri», «Konstitusiya Məhkəməsinə verilən şikayətə dair tələblər» və «Konstitusiya Məhkəməsinin fərdi şikayətlərlə əlaqədar qəbul etdiyi qərarlar» mövzularında məruzələr dinlənilmişdir.
Açıq diskusiya şəklində keçən seminarda iştirakçıların suallarına cavab verilmişdir.