İQTİSADİYYAT
KOOPERASİYA UNİVERSİTETİNDƏ XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 23-də Azərbaycan Kooperasiya Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Universitetin prorektoru, dosent Elsevər Kərimli təpədən-dırnağadək silahlanmış erməni qəsbkarlarının 14 il bundan əvvəl fevralın 26-da Xocalıda törətdikləri dəhşətli qırğından danışmışdır.
Tökülən günahsız qanların yerdə qalmayacağını diqqətə çatdıran natiq gəncləri Vətən yolunda həmişə mərd və mübariz olmağa çağırmışdır.
Çıxış edənlər Xocalıda dinc əhaliyə amansız divan tutulmasından danışaraq vurğulamışlar ki, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə törədilən bu soyqırımı, erməni qəsbkarlarının misli görünməmiş vəhşilik aktı təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]