RƏSMİ SƏNƏDLƏR


KOREYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KİM DE ÇJUNA

Hörmətli cənab Prezident,

Koreya Respublikasının milli bayramı – Koreyanın azad olunması günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında əməkdaşlığın gündən-günə genişlənməsindən məmnunluq duyuram. Ümidvaram ki, birgə səylərlə bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələr yarada biləcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Koreya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

12 avqust 2002-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin