İDMAN
KOREYA RESPUBLİKASININ YIĞMASI ƏZMKAR OYUN SAYƏSİNDƏ TOQO MİLLİSİNİ MƏĞLUB ETDİ
İlk görüş Koreya Respublikası və Toqo milli komandaları arasında olmuşdur.
Oyunun 31-ci dəqiqəsində yarışların debütantı Toqo millisi Məhəmməd Kaderin qolu sayəsində hesabı açmışdır - 0:1. İkinci hissədə üstünlüyü ələ almağa çalışan koreyalıların hücumları 54-cü dəqiqədə öz bəhrəsini verdi. Afrikalıların qapısına təyin olunan cərimə zərbəsini Koreya millisinin oyunçusu Li Çun Su dəqiq yerinə yetirdi - 1:1.
Görüşün sonrakı dəqiqələrini azlıqda - 10 nəfərlə keçirən Toqo millisi 72-ci dəqiqədə qapısından daha biq qol buraxdı. İkinci hissədə meydana çıxan An Yun Hvan Koreya yığmasını hesabda irəli çıxardı - 2:1.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun qalan dəqiqələrində hesab dəyişmədi. Növbəti görüşlərdə hər iki komandanı daha çətin rəqiblər gözləyir. İyunun 18-də Koreya yığması fransızlarla, bir gün sonra Toqo millisi isə İsveçrə komandası ilə qarşılaşacaqlar.