Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

KOREYA XALQ DEMOKRATİK RESPUBLİKASI DÖVLƏT MÜDAFİƏ KOMİTƏSİNİN SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB KİM ÇEN İRƏ

Hörmətli cənab Sədr, 

Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapmış münasibətlər daim dostluq zəminində inkişaf edərək, yeni əməkdaşlıq imkanlarını üzə çıxaracaqdır.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, ölkənizə sülh və tərəqqi diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 avqust 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin