DÜNYA
KÖRPƏSİNİ GÖZƏLLİYİNƏ QURBAN VERDİ
AZƏRTAC-ın Vaşinqtondan aldığı xəbərdə deyilir ki, ABŞ-da körpəsinin həyatını xilas etməyin yeganə çarəsi olan qeysər əməliyyatından boyun qaçırdığına görə 28 yaşlı qadını ömürlük həbs cəzası gözləyir.
Solt-Leyk-Siti şəhərinin (Yuta ştatı) prokuroru bildirmişdir ki, Melissa Roland adlı qadın insan həyatına qəsddə və laqeydlikdə suçlandırılır.
Həkimlərin dediyinə görə, qadın əkiz uşaqları doğarkən, körpələrdən birinin həyatı üçün təhükəli vəziyyət yaranmışdır. Həkimlər qeysər əməliyyatı aparılmasında israr etsələr də, bədəninin gözəlliyini itirəcəyindən ehtiyatlanan Melissa buna razılıq verməmişdir. O demişdir: “Özümü doğratdırıb fiquramı korlamaqdansa, uşaqlardan birini itirməyə razıyam”. Nəticədə çağalardan biri ölmüşdür.
Mühafizə altında saxlanılan Melissa Roland ona qarşı irəli sürülən ittihamla razılaşmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]