DÜNYA
K.PAUELL İRAQ PREZİDENTİ İLƏ DANIŞIQLAR APARMIŞDIR
40 dəqiqə çəkən söhbətdə İraqla ABŞ arasında əməkdaşlıq problemləri müzakirə olunmuşdur. Amerika diplomatiya idarəsinin başçısı təsdiqləmişdir ki, Vaşinqton İraqın bütün problemlərinin həllində ölkənin hökumətinə etibar etmək niyyətindədir.
K.Pauell İraqda hakimiyyətin keçid hökumətinə verildiyi vaxtdan bəri burada olmuş ABŞ-ın ən yüksək vəzifəli məmurudur. O, İraqa Səudiyyə Ərəbistanı və Küveytdən gəlmişdir. Orada İraqın müharibədən sonrakı gələcəyinə həsr edilmiş görüşlər keçirilmişdir. Görüşlərdə K.Pauell islamın hakim din olduğu dövlətlərdən İraqa sülhyaratma bölmələri göndərilməsinin mümkünlüyünü də müzakirə etmişdir.
Lakin, Yavərin sözlərinə görə, Pauell ilə görüşdə İraqa müsəlman hərbi kontingenti göndərilməsinin mümkünlüyü müzakirə olunmamışdır. İraq Prezidenti demişdir ki, bu ideya yenicə irəli sürülmüşdür və onu Baş nazir Əyyad Əllavi Yaxın Şərq ölkələrinə səfərdən qayıtdıqdan sonra müzakirə edəcəklər.