DÜNYA


KRALİÇA II YELİZAVETA LONDONDA RÖYTER AGENTLİYİNİN YENİ İQAMƏTGAHINI AÇMIŞDIR

AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Böyük Britaniya kraliçası II Yelizaveta 1851-ci ildə Londonda təsis olunmuş Röyter İnformasiya Agentliyi iqamətgahının yeni binasını təntənəli şəraitdə açmışdır. Londonun şərqində yerləşən Keneri-Uorf rayonunda 10 mərtəbəli bina indən belə Krallığın aparıcı kütləvi informasiya vasitəsinin 2,5 min jurnalisti üçün mərkəzi ofis olmuşdur. Röyterin dünyanın 129 ölkəsində baş verən hadisələri işıqlandıran 196 bürosu vardır.

Ülyahəzrət agentliyin hərbi münaqişələrdə vəzifə borcunu yerinə yetirərkən həlak olan jurnalistlərinin Fəxri xatirə kitabının məzmunu ilə tanış olmuşdur.

II Yelizavetanın öz təşəbbüsü ilə Röyter əməkdaşı rolunda olması əlamətdar hadisəyə çevrilmişdir. Agentliyin kral şərhçisi Pol Macendi agentliyin yeni iqamətgahının ülyahəzrətin iştirakı ilə açılış mərasimi barədə informasiya hazırlamış, dövlətin başçısı isə şəxsən “buraxılış” düyməsini basaraq, reportajı dünyaya yaymışdır. Şərhçi demişdir:” Mən Ülyahəzrətə bildirdim ki, o, indən belə rəsmən Röyter Agentliyinin müxbiridir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.