CƏMİYYƏT
KRASNODAR DİYARINDA QUŞ QRİPİ QEYDƏ ALINMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Krasnodar diyarında quş qripi xəstəliyi və ev quşlarının kütləvi tələf olması qeydə alınmışdır. Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin məlumatına görə, Labinsk şəhərində, Labinsk rayonunun Upornaya stanitsasında və Primorsk-Axtarsk rayonunun Borodinsk stanitsasında ev quşlarının kütləvi tələf olması qeydə alınmışdır. Vilayətlərarası Baytarlıq laboratoriyasında patoloji materialın ilkin analizi H5N1 qripinin virusunu aşkar etmişdir. Hazırda ölü quşlardan götürülən əlavə nümunələrin Mərkəzi baytarlıq laboratoriyasında və Heyvanların Sağlamlığının Mühafizəsi Federal Mərkəzində analizi aparılır. Xəstəliyin aşkar edildiyi məntəqələrdə infeksiyanın qarşısını almaq üçün kompleks epizootik tədbirlər görülür.