DÜNYA
K.RAYS: İRAN VƏ İRAQ ƏTRAFINDA VƏZİYYƏTDƏ OXŞARLIQ YOXDUR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Kondoliza Rays İran ətrafında yaranmış vəziyyətlə İraqla müharibəyə hazırlıq dövrü arasında oxşarlıq olmadığını bildirmişdir.
O, Vaşinqtonda keçirilmiş mətbuat konfransında demişdir ki, İran ətrafında vəziyyət bambaşqadır. Bu, yalnız İran nüvə proqramı probleminin həlli üçün beynəlxalq diplomatik səylərin yeni mərhələsinin başlanması deməkdir. Xanım Raysın sözlərinə görə, diplomatik səylərin tükənməsindən söhbət gedə bilməz.
ABŞ-ın vitse-prezidenti Riçard Çeyni Almaniya, Fransa və Böyük Britaniyadan ibarət Avropa “üçlüyü”nün İran ilə bağlı razılığa gəlmək cəhdinin boşa çıxmasından sonra demişdir ki, İranın nüvə proqramı dünyanın həll etməli olacağı mühüm problemdir. R.Çeyninin sözlərinə görə, növbəti addım BMT Təhlükəsizlik Şurasına müraciətdən ibarətdir. Güman ki, burada qəbul ediləcək qətnamənin yerinə yetirilməsi sanksiyalar vasitəsilə təmin olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]