KREDİT QOYULUŞLARININ 50 FAİZİNDƏN ÇOXU TİCARƏT VƏ XİDMƏT SAHƏLƏRİNƏ YÖNƏLDİLMİŞ, HABELƏ FİZİKİ ŞƏXSLƏRƏ VERİLMİŞDİR
AzerTAg.az
Vaxtı keçmiş kreditlər nəzərə alınmadan, iqtisadiyyatın sahələri üzrə kredit qoyuluşlarının ümumi həcmi 2003-cü il avqust ayının 1-dək 2378,6 milyard manat təşkil etmişdir.
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kreditlərin 21 faizi, yaxud 499,6 milyard manatı ticarətə və xidmət sahələrinə yönəldilmişdir. Fiziki şəxslərə verilmiş kreditlərin məbləği 637,8 milyard manat (26,8 faiz) təşkil etmişdir. Kreditlərin 280,7 milyard manatı (11,8 faiz) nəqliyyat və rabitə sahəsinin payına düşmüşdür.
Energetika sahəsinə və təbiəti mühafizə tədbirlərinə 176,2 milyard manat (7,4 faiz), tikinti və əmlak sahəsinə 172,6 milyard manat (7,3 faiz), kənd təsərrüfatına 124,5 milyard manat (5,2 faiz), yüngül və ağır sənayeyə 198,6 milyard manat (8,4 faiz) kredit ayrılmışdır. Kreditlərin 138,1 milyard manatı, yaxud 5,8 faizi digər sahələrin payına düşmüşdür.
Xəbərin mətnində orfoqrafik səhv var