SİYASƏT
KRIM-TATAR XALQININ YERLİ VƏ REGİONAL MƏCLİSLƏRİ KRIMDAN KƏNARDA DA YARADILACAQ
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərdə deyilir ki, Ukrayna ərazisində Krım tatarlarının Krıma qayıtmasına yardım komitələri yerli və regional məclislərə çevriləcəkdir.
Regional yerli özünüidarə orqanları fəaliyyətinin əlaqələndirilməsi üzrə məclisin idarə heyətinin rəhbəri Zevcət Qurtumerovun sözlərinə görə, bu ideyanı başa çatmış qurultayının Xerson və Zaporojye vilayətlərindən olan nümayəndələri irəli sürmüşlər. Həmin qərarın gerçəkləşdirilməsi Krımdan kənarda yaşayan Krım-tatar diasporunun daha sıx birləşməsinə, müxtəlif mədəni tədbirlərin keçirilməsinə, Krım-tatar məktəblərinin açılmasına kömək edəcəkdir ki, bu da assimilyasiyanın qarşısını alacaqdır.
Z.Qurtumerov bildirmişdir ki, Krımdan kənarda 3-5 regional məclisin, Zaporojye, Xerson, Odessa vilayətlərində və Kiyevdə iyirmiyə yaxın yerli məclisin yaradılması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:37]