DÜNYA


KTMT-nin baş katibi Y.Xaçaturov zaminə buraxılıb

Bakı, 28 iyul, AZƏRTAC

Ölkənin konstitusiya quruluşunun devrilməsində təqsirli bilinən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov məhkəmənin qərarı ilə zaminə buraxılıb.

AZƏRTAC Ria Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə onun vəkili Miqran Poqosyan bildirib.

Zaminə buraxma məbləği 5 milyon dram (11 min ABŞ dolları) təşkil edib və bu ödənilənədək Xaçaturov formal olaraq həbsdə qalacaq.

Vəkil bildirib ki, müvəkkili 2018-ci il 1 martda aksiyanın dağıdılması işi ilə bağlı istintaqa cəlb edilib.

Qeyd edək ki, Yerevanda həmin tarixdə keçirilən aksiyanın dağıdılması zamanı 10 nümayişçi qətlə yetirilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.