Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

KTMT üzvlərinin Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etməsi Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur

KTMT üzvlərinin Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etməsi Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur

Bakı, 29 noyabr, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), ümumilikdə üzv ölkələrin ərazisinə (7 937 197 kv. km), əhalisinin sayına (488,405,949) və ÜDM-ə (6,3 trln ABŞ dolları) görə, dövlətlər və iqtisadi-siyasi təsisatlar arasında 3-6-cı sırada dayanır. Bu isə öz növbəsində, nəqliyyat dəhlizlərinin diversifikasiyası, enerji, yük daşımaları, kənd təsərrüfatı, sənaye və digər sahələrdə iqtisadi əlaqələrin inkişafı üçün geniş perspektivlər deməkdir. Azərbaycanın təşkilata üzv dövlətlərin əhəmiyyətli hissəsi ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sahib olması, ölkəmizin bu təsisat daxilindəki imkanlarını daha da genişləndirir. Azərbaycan üzv olduğu bütün beynəlxalq təsisatlardakı missiyasına böyük önəm verdiyi kimi, İƏT çərçivəsindəki fəaliyyətinə də məsuliyyətlə yanaşır. Əsasən yaxın dostluq, ortaq mədəniyyət, dil, tarix, eləcə də ortaq mənəvi dəyərlərin birləşdirdiyi dövlətlərlə əməkdaşlığın inkişafına, o cümlədən İƏT-dəki iştirakına da yüksək məsuliyyətlə yanaşır və böyük önəm verir.

Hesab edirəm ki, Azərbaycanın üzv olduğu və əsasən beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, qlobal məsuliyyətini dərk edən, qarşılıqlı faydalı əməkdaşlığı prioritet sayan dövlətlərdən təşkil olunmuş təsisatlara sədrliyi dönəmində və bütövlükdə, bu təşkilatlarda fəaliyyətdə olduğu zaman kəsiyində, öz təşəbbüsləri və əməli addımları ilə sözügedən qurumların inkişafına böyük töhfələr verib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, Azərbaycanın təkcə Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsindəki fəaliyyətini, həmçinin təşəbbüslərini göz önünə gətirsək, ölkəmizin bu təşkilatların inkişafındakı rolunun nə qədər böyük əhəmiyyətə malik olduğunu müəyyənləşdirə bilərik.

Ölkəmizin bütün digər beynəlxalq və regional təsisatlarda olduğu kimi, İqtisadi Əməkdaşlıq Təşkilatında da fəal mövqedə dayandığını, öz konseptual təşəbbüsləri ilə təşkilatın fəaliyyətinin genişlənməsinə və üzv dövlətlər arasında çoxşaxəli münasibətlərin inkişafına səy göstərdiyini deyə bilərik.

“Qeyd edim ki, hələ 2002-ci ildə, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə Görüşündə ümummilli lider Heydər Əliyev Bakıda İƏT-in Tədqiqat Mərkəzinin yaradılması təklifi ilə çıxış etmişdi. 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürüldü və 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalandı. İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım göstərməkdən ibarətdir. Göründüyü kimi, Azərbaycan İƏT-in Tədqiqat Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürməklə, təşkilat daxilindəki əməkdaşlığın ciddi şəkildə araşdırılmış, təhlil edilmiş, risklərdən sığortalanmış bir platforma üzərindən inkişafına təkan verir, İƏT-in gələcək perspektivləri ilə bağlı uzaq hədəflərlə hesablanmış strateji baxış bucağının formalaşmasına çalışır”, - deyə E.Mirzəbəyli qeyd edib.

Ekspert vurğulayıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının yekun Aşqabad Bəyannaməsində Azərbaycan xalqı və hökumətinə 30 illik işğala son qoyulması ilə bağlı ünvanlanan təbrik də, şübhəsiz ki, təsadüfi deyil. Bu, ölkəmizin beynəlxalq nüfuzuna, Azərbaycan xalqının mübarizə əzminə, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinə, diplomatik məharətinə verilən yüksək dəyər, Azərbaycan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin dəstəklənməsidir.

Onun sözlərinə görə, Azərbaycana təbrik ünvanlayan ölkələrdən üçünün Ermənistanın da təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olması isə Aşqabad Bəyannaməsində ərazi bütövlüyümüzün təmin edilməsi ilə bağlı yer alan məqamların əhəmiyyətini daha da artırır. Bu isə şübhəsiz ki, Prezident İlham Əliyevin növbəti diplomatik uğuru və qələbəsidir: “Xatırladım ki, Prezident İlham Əliyevin KTMT üzvü olan dövlətlərlə qurduğu yüksək səviyyəli münasibətlər, hələ müharibə cinayətkarı Serj Sarkisyanın Ermənistana rəhbərlik etdiyi dönəmdə də, rəsmi İrəvanın sözügedən təşkilat daxilindəki provokasiya xarakterli addımlarının qarşısını almış, ölkəmizlə olan ikitərəfli münasibətlərin üzv dövlətlər üçün Ermənistandan daha böyük əhəmiyyətə malik olduğu gerçəkliyini ortaya qoymuşdu. İƏT-də təmsil olunan KTMT üzvlərinin – Qazaxıstan, Qırğızıstan və Tacikistanın digər üzv dövlətlərlə birlikdə Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etmələri ölkəmizlə olan münasibətlərə verilən yüksək əhəmiyyətlə yanaşı, Ermənistana olan münasibəti də əks etdirir. Bəlli olur ki, Ermənistan, hətta təmsil olunduğu hərbi-siyasi blokda da heç bir dəyərə malik deyil. Bu ölkə ilə normal müttəfiqlik münasibətləri qurmağın, yaxından əməkdaşlıq etməyin də faydası yoxdur. Ermənistandan hətta ən prinsipial dəstək qarşılığında belə dəstək gözləməyə, müttəfiqlik münasibətlərinə sadiq qalacağına ümid bəsləməyə dəyməz. Qonşularına münasibətdə əsassız ərazi iddialarından əl çəkə bilməyən, dəfələrlə ovulsa da bölgədənkənar qüvvələrin Cənubi Qafqaza uzanan “burnu” funksiyasını yerinə yetirməkdən əl çəkə bilməyən Ermənistan, bəlkə də bəşər tarixinin ən sədaqətsiz təsisatlarından biridir”.

E.Mirzəbəyli diqqətə çatdırıb ki, Aşqabad Bəyannaməsində yer alan ən önəmli məqamlardan biri də, üzv ölkələrə Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya yatırmaq çağırışıdır. Bu çağırış, eyni zamanda, İƏT-lə yanaşı, KTMT üzvü olan ölkələrin də Azərbaycan ərazilərinin yenidən qurulması prosesində fəal iştirak edəcəklərini, həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrə investisiya yatıracaqlarını ifadə edir.

“Ermənistanın de-yure hərbi-siyasi müttəfiqi olan dövlətlər bu barbar ölkənin Azərbaycan torpaqlarında misli görünməmiş vəhşiliklər törətdiyini rəsmən bəyan edir, bərpa, yenidənqurma prosesinə qatılmaqla erməni vandalizminə, vəhşiliyinə olan münasibətlərini dilə gətirirlər”, - deyə ekspert vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib