Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

KUBA RESPUBLİKASI DÖVLƏT ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB FİDEL KASTRO RUSA

Hörmətli cənab Sədr, 

Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və dost Kuba xalqını səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasındakı dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, Azərbaycan-Kuba əməkdaşlığının inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin