İDMAN
KUBOK UĞRUNDA YARIŞLARIN SƏKKİZDƏBİR FİNAL MƏRHƏLƏSİNƏ 15 KOMANDA VƏSİQƏ QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 17-də ölkə futbol kuboku uğrunda yarışların onaltıdabir final mərhələsində daha 16 komanda arasında cavab oyunları keçirilmişdir.
Nəticələr belədir: “Bakı”-“Rote Fahne”-9:0, “MKT-Araz”-“Xocavənd”-8:1, “Karvan”-“ABN-Bərdə”-3:1, “Şahdağ-Qusar”-“Ədliyyə”-3:1, “Turan”-“Qaradağ”-7:0, “Qarabağ”- MOİK-4:0, “İnter-2”-“Xəzər-Lənkəran”-1:3, “Olimpik”-“Xəzər-Lənkəran-2”-7:2.
Beləliklə, oktyabrın 16-17-də keçirilən cavab oyunlarından sonra “Neftçi”, “İnter”, “Simurq”, “Bakılı”, “Gənclər birliyi”, “Gilan”, “MKT-Araz-2”, “Bakı”, “MKT-Araz”, “Karvan”, “Şahdağ-Qusar”, “Turan”, “Qarabağ”, “Xəzər-Lənkəran” və “Olimpik” komandaları yarışın səkkizdəbir final mərhələsinə vəsiqə qazanmışlar. Bu mərhələdə ilk oyunlar noyabrın 20-21-də , cavab oyunları isə dekabrın 2-3-də olacaqdır.