KULİNARLARIMIZIN BÜRÜNC MEDALI
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi Milli Kulinariya Mərkəzinin komandası Rusiya Federasıyasının Kislovodsk şəhərində keçirilən “Qafqaz süfrəsi, sülh süfrəsi” kulinariya festivalından qayıtmışdır.
Mərkəzin baş direktoru Tahir Əmiraslanov bu münasibətlə Azərbaycan Dövlət İqtisad Universitetində keçirdiyi mətbuat konfransında demişdir ki, festivalda 4 ölkədən 20 komanda iştirak etmişdir. Servis sinfində süfrənin mövzusu “Vurğun dəniz pərisi” olmuşdur. Mövzu kulinarlarımızın süfrəsində öz əksini yaxşı tapmışdı - dəniz Pərisinin neftçi Azərə vurulması, öz sevgisini süfrə ilə izah etməsi yaxşı alınmışdı. Dəniz Pərisinin geyimini süfrəmiz üçün məşhur modelyer Fəxriyyə xanım Xələfova işləmişdi. Süfrəmiz IV yerə layiq görülmüşdür. Nəticədə, komandamız bürünc medalla mükafatlandırılmışdır. Bundan başqa, Azərsun holdinqin Final yağları, Miri Pak nar şirəsi, Tovuz-Baltika, Azəri-Nar şərabları festivalın xüsusi diplomları ilə mükafatlandırılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var