İDMAN


KUNQ-FUÇULARIMIZ DÜNYA KUBOKUNUN SAHİBİ OLMUŞLAR

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Peşəkar Kunq-fu və Uşu Assosiasiyasının təşkilatçılığı ilə İtaliyanın Milan şəhərində keçirilən dünya kuboku yarışları başa çatmışdır.

Bu mötəbər idman tədbirində ölkəmizi əməkdar məşqçi Barat İsrafilovun rəhbərliyi ilə altı nəfərdən ibarət milli yığma komanda təmsil etmişdir. Kunq-funun peşəkar sanda növü üzrə yarışda yığmamızın üzvü üçqat dünya çempionu Babək Əliyev (70 kq) dünya kubokunun sahibi olmuşdur. İkiqat dünya çempionu Ramil Allahverdiyev (56 kq) gümüş, İntiqam Həsənov (+90 kq) bürünc medala layiq görülmüşdür. Sanda növü üzrə dünya kubokunu dünya çempionu Emil Hacıyev (60 kq) qazanmışdır. Azərbaycan çempionu Nicat Quliyev (65 kq) isə bürünc medal almışdır. 28 ölkədən 360 idmançının 11 çəki dərəcəsi üzrə mübarizə apardığı kunq-fu yarışları ilə eyni vaxtda ustalar arasında tayci-cuan növü üzrə beynəlxalq turnir də keçirilmişdir. Bu yarışda Azərbaycanı təmsil edən Barat İsrafilov kuboka sahib olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.