KÜRDƏMİRDƏ MƏRKƏZİ ŞƏHƏR STADİONU YENİDƏN QURULUR
AzerTAg.az
06.02.2007 [11:00]
Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Əli Bayramlı şəhəri, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına əsasən Kürdəmirdə mərkəzi şəhər stadionu yenidən qurulur. Rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu məqsədlə 640 min manat vəsait ayrılmışdır. Bakı Tikinti və Şəhərin İnkişafı şirkəti tərəfindən həyata keçirilən inşaat işləri ilin sonunadək başa çatdırılacaqdır. Burada işıqlandırma sistemi təzələnəcək, müasir standartlar səviyyəsində 2000 yerlik oturacaqlar quraşdırılacaqdır. Tribunada, soyunub-geyinmə və məşq otaqlarında da yenidənqurma işləri aparılacaqdır. Futbol meydançası, yüngül atletika oyunları üçün qurğular kütləvi idman tədbirlərinin ən yüksək səviyyədə keçirilməsinə imkan yaradacaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
30.06.2022 [14:19]
30.06.2022 [13:53]
30.06.2022 [13:45]
MULTİMEDİA
30.06.2022 [13:48]
30.06.2022 [13:29]
30.06.2022 [14:54]
30.06.2022 [13:45]
30.06.2022 [13:40]
30.06.2022 [13:28]
30.06.2022 [14:10]
30.06.2022 [13:24]
30.06.2022 [13:22]
30.06.2022 [14:46]
30.06.2022 [14:41]
30.06.2022 [14:38]
30.06.2022 [13:32]
30.06.2022 [13:27]
30.06.2022 [13:24]
28.06.2022 [18:57]
28.06.2022 [17:04]
30.06.2022 [13:50]
30.06.2022 [12:53]
30.06.2022 [14:16]
30.06.2022 [13:10]
29.06.2022 [18:27]
30.06.2022 [14:37]
30.06.2022 [14:35]
30.06.2022 [13:10]
Xəbərin mətnində orfoqrafik səhv var